IQNA

7:19 - May 27, 2020
Xəbər sayı: 3487295
Tehran (IQNA) - Avropa məhkəmə sistemində ilk hicablı müsəlman qadın Raffia Arşad öz karyerasına Böyük Britaniya məhkəmə sistemində başlayıb.

Hicablı xanım karyerasında Böyük Britaniyanın Midlends bölgəsində köməkçi hakim kimi fəaliyyət göstərəcək.

Böyük Britaniyanın lord-baş hakimi deyib ki, hicablı müsəlman xanımın təyinatı ölkənin məhkəmə sistemini zənginləşdirəcək.

Raffia Arşad ailə hüququ və İslam hüququ üzrə mütəxəssisdir. Uşaqların və qadınların hüquqlarının qorunması ixtisası üzrə ilk işinə 2002-ci ildə başlayıb və 17 il hüquq müdafiəçisi və vəkil işləyib. Onun 40 yaşı var və üç uşaq anasıdır.

Bütün problemlərə baxmayaraq Raffia Arşadın İngiltərədə ilk hicablı müsəlman qadını olaraq məhkəmə sistemində işə başlaması bu ölkədə yaşayan müsəlman cavanlar üçün gözəl nümunəyə çevirilib. Onun uğuru müsəlman cavanlara çalışmaqla istədikləri hər bir şeyə çatmacaqlarını müjdəsini verib.

3901443  

    

Ad:
E-poçt:
* Comment:
* captcha: