IQNA

Roma papası Həzrət Məryəmə (s) təvəssül etdi

23:37 - May 31, 2020
Xəbər sayı: 3487317
Tehran (IQNA) -  Dünyanın katolik xristianlarının rəhbəri Roma papası Fransis dünyanı bürüyən koronavirus bəlasından nicat tapmaq üçün dua mərasimi keçirib.  

Papa Fransis ötən gün (Şənbə, 30 May 2020) dua mərasimində İsa Məsihin (ə) anası Həzrət Məryəmə (s) təvəssül edərək Allahdan koronavirusun məhv edilməsi üçün kömək istəyib.

Dua mərasimində xristian keşişlər, İtaliyanın milli yolxucu xəstəlikləri mərkəzinin keşişi, rahibələr, dərmandüzəldənlər, ciyər xəstəlikləri mütəxəssisləri, tibb bacıları, koronavirus xəstəliyindən sağalanlar və yaxınları bu xəstəliyə tutulanlar iştirak ediblər.

Son üç ayda ilk dəfə dua mərasimi keçirən Papa dünya siyasətçilərindən istəyib ki, silah-sursat alınması üçün xərc edilən pulları pandemiyaların qarşısını almaq üçün elmi işlərə istifadə etsinlər.    

3902224

captcha