IQNA

Osloda məscidə hücum edənin barəsində hökm verildi

11:51 - June 14, 2020
Xəbər sayı: 3487392
Tehran (IQNA) -  Norveçin paytaxtı Oslo şəhərində öz bacısını öldürən və daha sonra məscidə hücum edən cinayətkarın barəsində Cüməaxşamı günü məhkəmənin son hökmü elan edilib.

Keçən ilin Avqust ayında öz ögey bacısını öldürdükdən sonra Oslo şəhərində məscidə hücum edərək namazqılanlara atəş açan 22 yaşlı Filib Manşaus (Philip Manshaus) cari həftənin Cüməaxşamı günü (11 İyun 2020) mühakimə edilib.

Ona öz ögey bacısını Çinli bir qadından anadan olduğu bəhanəsi ilə öldürdüyü və "ən-Nur İslam Mərkəzi"nin məscidinə hücum edərək namazqılanlara atəş açdığı üçün 21 il həbs verilib.

Norveçin ağır cinayətlərə aid məhkəməsinin hakimi təsdiq edib ki, əgər Pakistanlı mühafizəçi cinayətkarın qarşısını almasaydı məsciddə çox sayda müsəlman öldürüləcəkdi.

Qeyd edək ki, məhkəmənin sonunda cinayətkara son söz verilsə də o öz etdiyindən peşiman olmadığını deyib. İrqçilikdən danışan cinayətkar Yeni Zelandiyada məsciddə müsəlmanların qətliam edilməsini alqışlayıb.  3904307

captcha