IQNA

Britaniyadan irqçiliyə qarşı aksiyaların başqa bir dalğası başlayıb

12:01 - June 21, 2020
Xəbər sayı: 3487442
Britaniyalı etirazçılar anti-rasizm aksiyalarında iştirak etmək üçün bir daha bu ölkənin küçələrinə axışıblar.

IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) SəhərAzəri-yə istinadla xəbər verir ki, britaniyalı etirazçılar şənbə günü və ardıcıl dördüncü həftə olaraq, irqçiliyə qarşı aksiya keçirmək məqsədilə bütün Britaniyada küçələrə çıxıblar. 

Bu elə bir halda baş verir ki, koronavirus pandemiyası ilə əlaqədar kütləvi toplantıları qadağan edən məhdudlaşdırıcı qanun hələ də qüvvədədir.

Dünən nümayişlər müxtəlif şəhərlər, o cümlədən paytaxt London, Mançester və Şotlandiyanın Edinburq və Qlazqo şəhərlərində keçirilib.

İrqçiliyə qarşı etirazlar ABŞ-ın müxtəlif şəhərlərində və bütün Avropa ölkələrində dörd həftə əvvəl başlayıb və hələ də davam edir.

Bu etirazlar mayın 25-də ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində afroamerikalı Corc Floydun ağdərili bir polis zabiti tərəfindən öldürülməsindən sonra başlayıb.

Teqlər: britanya ، etiraz ، aksiya ، anti-rasizm
captcha