Məşhur vəhdətçi alim ötən həftənin Şənbə günü, 20 İyun 2020-ci il, ürək infarktı səbəbi ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Pakistanın bir sıra tanınmış dini və rəsmi şəxsiyyətləri, o cümlədən ölkənin baş naziri İmran Xan və Pakistanın silhalı qüvvələrinin qərargah rəisi General Qəmər Cavid onun vəfatı ilə bağlı başsağlığı veriblər.
1958-ci ildə anadan olmuş Müfti Məhəmməd Nəim Pakistanın Kəraçi əyalətinin Binoria Beynəlxalq İslam Universitetinin rəisi və müşaviri vəzifəsilərində işləmişdir.
Məhəmməd Nəim müsəlmanlar arasında digər dinlər və məzhəblərə qarşı orta yolu tutmaqda məşhur bir alim idi. Onun bu mövzuda müxtəlif məqalələrin müəllifidir.
Qeyd edək ki, 1980-cı ildə təsis edilmiş Binoria Beynəlxalq İslam Universitetin hazırda dünyanın 54 ölkəsindən 700 tələbə təhsil alır. Bu universitetdə dini təhsildən əlavə informatika, elektronika və müasir texnologiya elmləri, İngilis dili və digər müasir elmlər tədris edilir. 3905900