IQNA

18:50 - June 24, 2020
Xəbər sayı: 3487469
Diyanət İşləri İdarəsinin sədri Əli Ərbaş: "Məscidlərimizi cümə, ikindi vaxtları üçün namaza açmışdıq. Sabahdan etibarən məscidlərimiz sübh, günorta və axşam namazlarının qılınması üçün açıq olacaq”.
Türkiyədə bütün namazlar məscidlərdə qılınacaq. 
“Report” TRT-yə istinadən xəbər verir ki, bunu ölkənin Dəyanət İşləri İdarəsinin sədri Əli Ərbaş deyib.
İyunun 24-də 1,5 metr ara məsafə gözlənilməklə səhər namazı məscidlərdə qılınıb.
“Məscidlərimizi cümə, ikindi vaxtları üçün namaza açmışdıq. Sabahdan etibarən məscidlərimiz sübh, günorta və axşam namazlarının qılınması üçün açıq olacaq. Məsciddə namaz qılmağa gələnlər maska taxmalı və ara məsafə saxlamalıdırlar”,- o, iyunun 23-də bildirmişdi.
Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar martın 16-dan Türkiyədə camaat namazının məscidlərdə qılınmasına müvəqqəti olaraq fasilə verilmişdi.
Ad:
E-poçt:
* Comment:
* captcha: