IQNA

Qiyamətdə üzüağ və üzüqara olanlar

21:28 - June 29, 2020
Xəbər sayı: 3487511
Qiyamətdə insanların üzüağlığı və üzüqaralığı əslində dünyadakı hal və ruhiyyələrinin təcəssümüdür. Dünya həyatında Allah vilayətini qəbul edənləri Allah zülmətlərdən nura çıxarır.

Allah-Taala Qurani-Kərimin “Ali-İmran” surəsinin 106-107-ci ayələrində buyurur:“(Qiyamət) bir gündür ki, bəzi üzlər ağ, bəzi üzlər qara olar. Üzü qaralanlardan (soruşular:) “İman gətirdikdən sonra küfr etdinizmi? Onda küfr etdiyiniz üçün əzabı dadın.” Amma üzü ağ olanlar Allahın rəhmətinə qərq olub orada əbədi qalarlar.”

Qiyamətdə insanların üzüağlığı və üzüqaralığı əslində dünyadakı hal və ruhiyyələrinin təcəssümüdür. Dünya həyatında Allah vilayətini qəbul edənləri Allah zülmətlərdən nura çıxarır. Onlar həmin gün nurani çöhrə ilə görünərlər. Amma zalım hakimlərin vilayətinə tabe olanları həmin hakimlər nurdan həvəs, təfriqəy, şirk, cəhalət zülmətlərinə sövq edirlər. Onlar Qiyamətdə zülmət içində məhşur olarlar.

Quranda on altı dəfə imandan sonra küfr, iki dəfə İslamdan sonra küfr, üç dəfə Allaha pərəstişdən sonra buzovpərəstlik, iyirmi yeddi dəfə elm və aşkar dəlildən sonra küfr (inkar) mövzuları bəyan olunmuşdur. Bütün bu hallar bizi dindən çıxmağın təhlükələrindən xəbərdar edir. (“Təfsiri-nur”, Ustad Möhsin Qəraəti, 2-ci cild, “Ali-İmran” surəsi, 106-107-cı ayələrin təfsiri.)

Maide.az

Teqlər: quran ، İslam ، müsəlman ، qiyamət ، namaz
captcha