IQNA

23:10 - July 04, 2020
Xəbər sayı: 3487544
Tehran (IQNA) -  Məscidun-Nəbinin (s) idarə heyəti bu müqəddəs məkanı ziyarət edənlər üçün "Mədinə Müshəfi"nin mobil variantını hazırlayıb.

Məscidun-Nəbinin (s) idarə heyətinin verdiyi xəbərə görə, zəvvarlar məsciddə quraşdırılmış barkodlu lövhələrdən mobil barkod oxuyucusu vasitəsi ilə "Mədinə Müshəfi"ni öz şəxsi smart telefonlarına yükləyərək qiraət edə biləcəklər.

Peyğəmbər məscidinin idarə heyəti bu addımı insanların koronavirusa yoluxmasının qarşısını almaq hədəfi ilə atdığını elan edib.  

Bundan əlavə namazqılanlar və məscidə ziyarətə gələnlər ümumi su cihazlarından istifadə etməsinlər deyə Cümə günü namaza gələnlərə 20 min şüşə Zəmzəm suyu paylanılıb.  /3908488

 

Ad:
E-poçt:
* Comment:
* captcha: