IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) SəhərAzəri-yə istinadən xəbər verir ki, Ənsarullah hərəkatının siyasi ofisi Həmas hərəkatının siyasi bürosundan məktub aldığını bildirib.
Məktubda Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) siyasi bürosunun rəhbəri İsmayıl Həniyə, Yəmən liderlərini və Yəmən xalqını, Fələstinin mövqeini dəstəklədiklərinə görə təqdirə layiq hesab edib.
Həniyə, həmçinin ərəb və islam xalqlarını, dünyanın azad insanlarını, sionist rejimin Fələstin xalqına, Fələstin ərazilərinə və bu insanların haqlarına qarşı təcavüzlərini pisləməyə çapırıb.
Digər tərəfdən, Ənsarullahın siyasi ofisi də, müsəlman ümmətinin əsas məsələsi olduğu üçün Fələstin məsələsində möhkəm mövqeyi üzərində təkid edib.