IQNA

23:39 - July 19, 2020
Xəbər sayı: 3487671
Tehran (IQNA) -  İran İslam Respublikasının "Müqəddəs Müdafiə Mükafatı"na layiq görülmüş və ilin kitabı seçilmiş "Firəngiz" romanı Rus dilinə tərcümə və nəşr edilib.

İran İslam Respublikasının "Müqəddəs Müdafiə Mükafatı"na layiq görülmüş və ilin kitabı seçilmiş "Firəngiz" romanı Rus dilinə tərcümə və nəşr edilib.

Məhnaz Fəttahipurun qələmə aldığı və "Firəngiz Heydərpurun" İraq-İran müharibəsi xatirələrindən danışan bu kitab Rusiyanın İbn Sina adına İslami Araşdırmalar Fondunun dəstəyi ilə Sədra nəşriyyatı tərəfindən çap və nəşr edilib.

12 fəsildən ibarət bu kitabın qəhrəmanı öz vətən torpağını və xalqını misilsiz şücaətlə "bəəs" rejimi quldurlarından qoruyan Firəngiz adlı iranlı qadındır.

Kitabı Rus dilinə Zəhra Kərimova tərcümə edib. Kitabın ədəbi redaktoru Tatyana Xanina və elmi redaktoru Dr. Təbbayidir. /3911249

 

Ad:
E-poçt:
* Comment:
* captcha: