IQNA

Dehlinin qədim məscidinin günbəzi çökdü

22:56 - July 20, 2020
Xəbər sayı: 3487683
Tehran (IQNA) – Hindistanın Dehli şəhərində şiddətli yağışların yağması və ildırım çaxması bu şəhərin tarixi "Mübarək Bəgim" məscidinin günbəzinin çökməsində səbəb oldu.  

Ötən gün (Bazar, 19 İyul 2020) Hindistanın Dehli şəhərinin Şahcahan qəsəbəsindəki qədim "Mübarək Bəgim" (Mubarak Begum) məscidinin günbəzi yerli vaxtla səhər saat 6:45 dağılıb.

Məscidin idarə heyətinin rəhbəri olan "Dehli İslami Fondlar Heyəti" (The Delhi Wakf Board / DWB) bu barədə deyib: 200 il tarixə malik bu məscidin günbəzi çökdüyü zaman məsciddə namazqılan olmayıb. Həmçinin məscidə dəyən zərər və ziyan barədə araşdırma başlayıb.  

Hindistanın Dehli şəhərinin Şahcahan qəsəbəsindəki qədim "Mübarək Bəgim" (Mubarak Begum) məscidi 1832-ci ildə tikilib və Hindistanın milli mədəni irsi siyahısına salınıb. /3911451

captcha