IQNA

Məscidi koronavirus xəstələrinin müalicə mərkəzinə çevirdilər

9:00 - July 21, 2020
Xəbər sayı: 3487687
Tehran (IQNA) -  Hindistanın Qucarat əyalətinin Godhra şəhərinin "Adəm məscidi" koronavirus (covid-19) xəstələrinin müalicə mərkəzinə çevirilib.

Yerli məsulların dediyinə görə, məsciddə müsəlmanlar tərəfindən koronavirus xəstələri üçün açılmış müalicə mərkəzində xəstələrinin dini və məzhəbindən asılı olmayaraq hər birinə xidmət göstərilir.  

Məscidin müalicə mərkəzində işləyən həkimlərin rəhbəri Ənvər Kaçpa (Anwar Kachba) bu barədə deyib: Müsəlman həkimlərin bir qrupu toplaşaraq məscidin birinci mərtəbəsindəki salonlardan birində koronavirus xəstələrinin müalicəsi məqsədi ilə fəaliyyətə başlayıblar.

O əlavə edib: Biz əyalətin səhiyyə və sanitariya idarəsindən məsciddəki müalicə mərkəzi üçün 50 çarpayı istədik. Onlar bizə 32 çarpayı göndərdilər və fəaliyyətimizə icazə verdilər. Biz də İyul ayının 11-dən işə başladıq.

"Çarpayıların 16-dan xəstələrin karantinə alınması və 16 çarpayı da testləri müsbət çıxmış xəstələrin müalicəsi üçün istifadə edilir" – deyə Ənvər Kaçpa bildirib.

Qeyd edək ki, Hindistanda indəyədək 27 min nəfər insan koronavirusa yoluxma səbəbi ilə həyatını itirib.  /3911540

Teqlər: koronavirus ، hindistan ، qucarat ، məscid
captcha