IQNA

21:50 - July 25, 2020
Xəbər sayı: 3487727
Tehran (IQNA) -  Livan İslam Müqaviməti Hərəkatının (HİZBULLAH) baş katibi Seyid Həsən Nəsrullah livanlı vətəndaşlara koronavirusla bağlı videomüraciət edib.

Livan İslam Müqaviməti Hərəkatının (HİZBULLAH) baş katibi Seyid Həsən Nəsrullah livanlı vətəndaşlara koronavirusla bağlı videomüraciət edib.

O, vətəndaşlardan dövlətin koronavirusa qarşı öncələyici tədbirlərinə əməl etmələrini və bu xəstəliyə qələbə çalmaq üçün kömək etmələrini istəyib.

Livan İslam Müqaviməti Hərəkatının (HİZBULLAH) baş katibi Seyid Həsən Nəsrullah bu videomüraciətdə özü də maskadan istifadə edib.

HİZBULLAH lideri vurğulayıb: Əgər bəzi səhv adətləri dəyişməyə qərarlı və məsuliyyətli olsaq və həmçinin sanitariya qaydalarına riayət etsək, koronavirusa mütləq qalib gələcəyik.

O əlavə edib: Əgər bu məsələdə tənbəllik və ya məsuliyyətsizlik etsək bizim cəmiyyətimiz daha böyük bir faciə ilə üzləşəcək və Allah eləməsin ki, belə bir hadisə baş versin.

Seyyid Həsən Nəsrullah sonda deyib: Səbr, müqavimət, dözümlülük, təmkinlilik, Allaha etima və təvəkkül, dua və təvəssül, çalışmaq, ağıl və elmə söykənmək və sanitariya qaydalarına riayət etməklə bu mübarizədə qalib olacayıq. /3912380

Ad:
E-poçt:
* Comment:
* captcha: