IQNA

15:02 - July 31, 2020
Xəbər sayı: 3487781
"ABŞ hökumətinin ən böyük düşməni amerikalılardır, İran, Rusiya və Çin deyil." - bu sözləri Ali Məqamlı Rəhbər Həzrət Ayətullah Seyid Əli Xamenei Qurban bayramı münasibətilə çıxışında deyib.
"ABŞ hökumətinin ən böyük düşməni amerikalılardır, İran, Rusiya və Çin deyil." - bunu Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei  Qurban bayramı münasibətilə  çıxışında deyib. 
 
“ABŞ bu gün dünyada nifrətlə xatırlanır və təcrid olunub.  Kül altında od alovlanıb və mümkindir  qarşısı alınsın lakin heç vaxt sönməyəcək.  ABŞ-ın hazırkı sistemi məhv olacaq.  ABŞ-da idarəetmə hazırda gicəllənir.  ABŞ-ın bizimlə ən böyük problemi budur ki,  bizi nə aradan apara bilir, nə də təslim edə bilir." 
 
Ayətullah Xameneinin nitqindən parçaları təqdim edirik: 
 
Ali Rəhbər  Ayətullah Xamenei mübarək Qurban bayramını  münasibətilə dünya müsəlmanlarını təbrik etdi və bidirdi ki, Həzrət Musanın (ə) həyatına baxarkən möcüzələrə baxmayaraq, düzgün şəkildə hicrət etməyin nə qədər çətin olduğunu görürük. 
Ali Rəhbər İranın epidemiya ilə mübarizəsini yüksək qiymətləndirb.
 
"Hazırda bütün dünya koronavirus xəstəliyi ilə üz-üzədir. Bəlkə dünyanın bir çox yerində insanlara kömək edən insanlar var, amma başqa yerlərdə, İran kimi könüllü xeyriyyəçilərin sayının çox olduğunu düşünmürəm. Onlar böyük fədakarlıqlar etdi. Könüllülər və köməkçilər də böyük işlər gördülər. Bu dəstəklər davam etməlidir.“
 
Ayətullah Xamenei bildirib ki, İran xalqına qarşı düşmənçilik çoxdur. "Düşmənçilik çox olduğu üçün əməkdaşlıq da çox olmalıdır. Düşmənlər İran xalqına zərər verməyə çalışır. Buna qarşı bütün gücümüzlə bir olmalı və onlara qarşı müqavimət göstərməliyik.”
 
"ABŞ-ın tətbiq etdiyi sanksiyalar cinayətdir"
 
Ali Rəhbər qeyd edib ki, ABŞ-ın İran xalqına tətbiq etdiyi sanksiyalar şübhəsiz bir cinayətdir. “Bu İran İslam Respublikasına qarşı görünür, amma əslində bütün İran xalqını hədəf alır.  Onların ortamüddətli hədəfləri elmi inkişafları məhdudlaşdırmaqdır və uzunmüddətli məqsədləri hökumətin və ölkənin iqtisadiyyatının parçalanması və iflasıdır. Yan hədəfləri isə  İranın bölgədəki müqavimət qüvvələri ilə olan dəstəyi və əlaqəsini kəsməkdir. Düşmənlər bu hədəfləri izləyirlər, lakin məqsədlərinə indiyə kimi çatmayıb və  çatmayacaqlar. Sanksiyalar bizim üçün problem yaratdı, bunda şübhə yoxdur. Lakin problemlərimizin hamısı da sanksiyalarla əlaqəli deyil. Bəzi problemlər idarəetmə ilə əlaqədardır. Son vaxtlar da koronavirus problem yaranmasına səbəb olub. Düşmənlər sanksiyalarla yanaşı məlumatları da təhrif edir. Onlar ölkəmizin həqiqətlərini təhrif edərək insanların mənəviyyatına zərər vermək istəyirlər. Bunlara çox pul xərcləyirlər. Görə bilərsiniz ki, həm liderləri (Trump), həm də ətrafındakılar bütün dünyada İranla danışmaq üçün necə özlərini boğurdular."
Ali Rəhbər, İrana qarşı aparılan qara kampaniyalar haqqında danışıb və bildirib ki, düşmənin təhrif fəaliyyətləri uğursuz olarsa, sanksiyaları mütləq uğursuz olacaq, çünki iradələrin müharibə sahəsidir. "
 
Ali Rəhbər sözlərinə belə davam edib: 
 
"ABŞ-ın sanksiyalarının İrana qarşı cinayət və çevriliş olduğuna şübhə yoxdur, lakin bu embarqolar gənclər və məmurlar üçün özünə inam vasitəsinə çevrilib. Sanksiyalar bəzilərinə mənfi təsir göstərsə də bəzilərində probleminin həll ediləcəyinə inam yaradıb. Sanksiyalar ölkə daxilində gənclərin yaradıclıq və istehsal gücünü artırdı. Əgər bizə  təlim üçün qırıcı təyyarələr satsaydılar, bu gün biz Kövsər təlim qırıcı təyyarəsini istehsal edə bilməyəcəkdik. Biz bu sanksiyalardan ölkənin eliminin çiçəklənməsi üçün istifadə edə bildik.” 
 
Sanksiyaların həll yolu  var, deyən Ali Rəhbər qeyd edib ki, bunun həll yolu ABŞ-a qarşı geri addım atmaq deyil. “Çünki geri çəkilsək, yeni tələblər edəcəklər. Nüvə sənayesindən tamamilə imtina et, hərbi müdafiə qüvvənizi ondan birə endir və regional səlahiyyətlərinizi tərk et kimi istəkləri irəli sürəcəklər.  Bu istəklər yerinə yetirilsə, qane olmayacaq və yeni istəklər irəli sürəcəklər. Sağlam düşüncə onların istəklərini yerinə yetirməyə 
 
Vaşinqtonla danışıqlar mövzusuna toxunan Ali Rəhbər  bildirib ki, ABŞ siyasi sistemi  İranla həyatı önəm daşıyan məsələləri irəli sürür. Onların müzakirə deyərkən istədikləri budur ki, nüvə sənayesini, regional güc və hərbi müdafiə gücünü bir kənara qoyaq. ABŞ-ın müzakirədən məqsədi budur və mənim müzakirəni qəbul etməməyimin səbəbi budur."  /3913686
 
Ad:
E-poçt:
* Comment:
* captcha: