IQNA

Həcc mərasimi başa çatdı, hacılar sabah qayıdır

23:23 - August 02, 2020
Xəbər sayı: 3487797
Tehran (IQNA) -  Bu ilin (1441 hq / 2020) Həcc mərasimi bu gün (2 Avqust 2020) başa çatıb. Vəhy diyarının zəvvarları sabah (3 Avqust 2020) daxili uçuşlarla öz yaşadıqları şəhərlərə qayıdacaqlar.

Bu il Həcc mərasimində iştirak edən zəvvarların hamısı Səudiyyə Ərəbistanın müxtəlif şəhərlərindən Məkkəyə gəlmişdilər.

Onların 30 faizi Səudiyyə Ərəbistanın öz vətəndaşları və 70 faizi Ərəbistandan yaşayan xarici vətəndaşlar idilər.

Qeyd edək ki, Səudiyyə Ərəbistanın Məlik Əbdüləziz adına beynəlxalq hava limanı zəvvarları daşımaq üçün hazır vəziyyətə gətirilib.

Zəvvarlar 25 daxili uçuşla Riyaz, Mədinə, əl-Vəch, Dəmam, Qəsim, Əbha, Cizan və Təbuk şəhərlərinə qayıdacaqlar. /3914264

captcha