IQNA

19:03 - August 05, 2020
Xəbər sayı: 3487822
Beyrut şəhərində baş vermiş dəhşətli partlayış nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbər məni olduqca kədərləndirdi.

Azərbaycan Prezidenti İlham Əliyev Livan Prezidenti Mişel Auna başsağlığı verib.

Az.shafaqna.com xəbər verir ki, Azərbaycanın Dövlət Başçısının rəsmi saytı bu haqda məlumat dərc edib:

“Livan Respublikasının Prezidenti Zati-aliləri cənab Mişel Auna

Hörmətli cənab Prezident,

Beyrut şəhərində baş vermiş dəhşətli partlayış nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbər məni olduqca kədərləndirdi.

Bu çətin anda Azərbaycan xalqının Livan xalqı ilə həmrəy olduğunu bildirirəm. Azərbaycan Respublikası faciənin törətdiyi fəsadların aradan qaldırılması məqsədilə dost Livan Respublikasına maliyyə yardımı göstərəcəkdir.

Sizə, həlak olanların ailələrinə və Livan xalqına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını diləyirəm.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 avqust 2020-ci il.”

Ad:
E-poçt:
* Comment:
* captcha: