IQNA

10:15 - August 16, 2020
Xəbər sayı: 3487896
Tehran (IQNA) -  İraqın Milli Quran Elmləri Mərkəzinin təşəbbüsü ilə virutal məkanda "İraqi üslubunda tilavət" yarışları keçirilib.

İraqın yerli Quran tilavəti üslubu üzərində keçirilən bu yarışlarda yüzdən çox Quran fəalı iştirak edib və onlardan 12 nəfəri final mərhələsinə vəsiqə qazanıb.

İraqın Milli Quran Elmləri Mərkəzinin hakimlər heyəti iştirakçılar tərəfindən göndərilən tilavətləri qiymətləndiriblər.

Yarışlara İraqın müxtəlif əyalətlərindən tilavət videoları göndərilib.

Yarışlarda Bağdad və Divaniyyə əyalətlərindən ilk üç yeri qazanan iştirakçılara təqdirnamə və mükafat verilib. /3916786/

Ad:
E-poçt:
* Comment:
* captcha: