IQNA

11:04 - August 16, 2020
Xəbər sayı: 3487897
Tehran (IQNA) -  Görmə qüsuru olan Misrli Quran qarisi Şeyx Əhməd Əbulməati 1939-cu ilin Fevral ayının ilk günlərində Dehqəliyyə əyalətinin Bilqas şəhərinin Cəvadiyyə kəndində anadan olub.

Şeyx Əhməd gözünün qüsurlu olmasına baxmayaraq 12 yaşında Qurani-Kərimi əzbərləmişdi və mərasimlərdə Quran tilavət edirdi.

2011-ci ilin Oktyabr ayının 22-də (Zil-Hiccə, 1432 hq) vəfat edən Şeyx Əhməd öz dövrünün məşhur qarilərindən olub və özünəməxsus tilavət üslubu ilə Quran qiraət edib.

O həm də  Dehqəliyyə və Dimyat əyalətlərinin qarilər heyətinin rəhbəri olub.

Şeyx Əhmədin gözü qüsurlu olduğu üçün onu televiziyada Quran tilavət etməyə qoymasalar da radioda Quran tilavət edirdi.

فیلم | تلاوت قاری روشندل مصری در مسجد امام حسین (ع)  قاهره

Şeyx Hisan və Şeyx Əhməd təkcə gözdən əlil olduqlarına görə televiziyada qiraət etmələrinə icazə verilmədiyi üçün məhkəməyə müraciət edirlər. Və məhkəmə onların lehinə rəy verir. Şeyx Əhməd ömürünün son illərində televiziyada Quran qiraət edə bilir.

Sizə, Şeyx Əhmədin Qahirənin İmam Hüseyn (ə) məscidində tilavət videosunu təqdim edirik. O, bu klipdə Əhzab surəsinin son ayətlərini tilavət edir. /3916718  

 

Ad:
E-poçt:
* Comment:
* captcha: