IQNA

17:23 - August 17, 2020
Xəbər sayı: 3487906
Hindistanın Cammu Kəşmir bölgəsində təhlükəsizlik qüvvələri və müstəqillik tərəfdarı olan üsyançılar arasında baş verən qarşıdurmada 3 təhlükəsizlik işçisi ölüb.

Eastnews.org-un verdiyi xəbərə görə, Hindistanın Cammu Kəşmir bölgəsində təhlükəsizlik qüvvələri və müstəqillik tərəfdarı olan üsyançılar arasında baş verən qarşıdurmada 3 təhlükəsizlik işçisi ölüb.

NDTV kanalındakı xəbərə görə, Baramulla bölgəsində təhlükəsizlik qüvvələri ilə üsyançılar arasında qarşıdurma baş verib.   Münaqişədə 2 hind hərbçisi və 1 polis ölüb.  

Bu son bir həftə ərzində bölgədəki üçüncü münaqişə olub.   Qeyd edək ki, avqustun 12-də və 14-də Srinaqarda baş verən qarşıdurmalar zamanı 2 təhlükəsizlik işçisi öldürülmüş, 2-si isə yaralanmışdı.

Mənbə: Eastnews.org

Ad:
E-poçt:
* Comment:
* captcha: