IQNA

Türkiyə İslam Peyğəmbərinə (s.ə.s) qarşı hörmətsizliyə cavab verib

15:23 - September 03, 2020
Xəbər sayı: 3488038
Türkiyə Xarici İşlər Nazirliyi bir bəyanatda fransız «Charlie Hebdo» nəşri tərəfindən əziz İslam Peyğəmbəri (s.ə.s.) barədə hörmətsiz təsvirlərin bir daha yayılmasını pisləyib.

Türkiyə İslam Peyğəmbəri (s.ə.s)-ə qarşı hörmətsizliyə cavab veribBeynəlxalq Quran Xəbər Agentliyi (İQNA) SəhərAzəri-yə istinadla xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy bu bəyanatda Fransa rəsmilərinin, xüsusən də bu ölkənin prezidenti Emmanuel Makronun «Charlie Hebdo» nəşrinin təhrikedici hərəkətlərini əsaslandırmaq üzrə səylərini qəbuledilməz adlandırıb. Bildirib ki, müsəlmanlara qarşı bu cür hörmətsizliyi söz və media azadlığı ilə əsaslandırmaq olmaz.

Türkiyə Xarici İşlər Nazirliyi bu bəyanatda azad təfəkkür adı altında başqalarının hüquqlarına göz yumub, islamofobiya və ksenofobiyaya zəmin yaradan Avropada və Fransadakı rasist və faşist qrupların hərəkətlərilə bağlı xəbərdarlıq edibdir.

Fransız «Charlie Hebdo» nəşrinin bundan öncə, 2015-ci ildə əziz İslam Peyğəmbəri(s.ə.s)-ə qarşı hörmətsiz hərəkəti dünya müsəlmanları arasında hiddət və nifrət dalğasına səbəb olmuş və bu məsələ ilə bağlı Parisdə baş verən qanlı toqquşmalarda 17 nəfər həyatını itirmişdi.

captcha