IQNA

Fələstin İslam Alimləri Şurası "şarli-hebdo"nu məhkum etdi

10:50 - September 04, 2020
Xəbər sayı: 3488043
Livanda yerləşən Fələstin İslam Alimləri Şurası Fransanın "şarli-hebdo" jurnalının təhqiredici karikaturanı yenidən nəşr etməsini sözün əsl mənasında cinayət adlandırıb.

Tehran (IQNA) - Fələstin İslam Alimləri Şurası Fransanın "şarli-hebdo" jurnalının İslam dini və müsəlmanlara qarşı hörmətsizliyini məhkum etdi.

Livanda yerləşən Fələstin İslam Alimləri Şurası Fransanın "şarli-hebdo" jurnalının təhqiredici karikaturanı yenidən nəşr etməsini sözün əsl mənasında cinayət adlandırıb.

Şeyx Məhəmməd Müvəid - Fələstin İslam Alimləri Şurasının sözçüsü, məlum jurnalın Həzrət Məhəmmədi (s) təhqir edən addımını qınayaraq vurğulayıb: Bu, sözün əls mənasında bir cinayətdir. Və biz gözələyirik ki, bu cinayətin amilləri Fransa rəsmiləri tərəfindən cəzalandırılsın.

O əlavə edib: İslam və Ərəb dünyası öz dini şəxsiyyətlərini və müqəddəslərini qorumaq və dəstəkləmək vəzifəsinə əməl etməlidir.

Xatırladırıq ki, Fransanın "şarli-hebdo" jurnalı Fransanın radikal sağçılarının dəstəklədiyi satirik jurnaldır. Bu jurnalın hədəfi bütün dinləri və məzhəbləri istehza etmək və gülüş obyektinə çevirməkdir. Jurnalda 2012 və 2015-ci illərdə Həzrət Məhəmmədin (s) təhqir edildiyi karikaturalar çap və nəşr edilib və müsəlmanlar geniş etirazları ilə üzləşib.  /3920741

captcha