IQNA

İran səfiri Ceyhun Bayramov ilə görüşüb

21:05 - September 07, 2020
Xəbər sayı: 3488063
İran İslam Respublikasının Bakıdakı yeni səfiri öz etimadnaməsinin surətini Azərbaycan Respublikasının xarici işlər nazirinə təqdim edib.

Səhər Azəri bildirir ki, bu gün İran İslam Respublikasının Bakıdakı yeni səfiri Seyid Abbas Musəvi ilə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov arasında görüş keçirilib.

Məlumata görə, görüş zamanı tərəflər Tehran-Bakı əlaqələrinin müxtəlif aspektləri və bu əlaqələrin daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi yolları ətrafında fikir mübadiləsi aparıblar.

Ceyhun Bayramov bu görüşdə Seyid Abbas Musəvini İran İslam Respublikasının Azərbaycana yeni səfiri təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Seyid Abbas Musəvi cari ilin 21-avqust tarixində Azərbaycanın paytaxtı Bakıya daxil olub və İran İslam Respublikasının bu ölkədə yeni səfiri kimi, fəaliyyətə başlayıb.

Mənbə: Səhər Azəri

captcha