IQNA

7:07 - September 15, 2020
Xəbər sayı: 3488112
Hər il keçirilən müqəddəs Kəbənin yuyulması mərasimində istifadə edilən alətlərin bəziləri nümayiş etdirilib. Virtual sərgidə nümayiş etdirilən alətlər xüsusi şəkildə misdən hazırlanıb.

IQNA - nın verdiyi xəbərə görə, hər il keçirilən müqəddəs Kəbənin yuyulması mərasimində istifadə edilən alətlərin bəziləri nümayiş etdirilib.

Virtual sərgidə nümayiş etdirilən alətlər xüsusi şəkildə misdən hazırlanıb.

Alətlər dəstinə içərisində xüsusi yuyucu məhlul olan 10 litrlik qab da daxildir. Sözügedən məhlul Zəmzəm suyu ilə qarışdırılmış ən yaxşı ud yağı və qızılgül suyundan hazırlanır.

Həmçinin küləşdən hazırlanmış 4 ədəd gümüş tutqaclı süpürgə də var. Onlardan Kəbənin içinin süpürülməsi zamanı istifadə edilir.

Həmçinin Kəbənin hündür və əl çatmayan divarlarının yuyulması üçün 4 ədəd lif süpürgədən istifadə edilir. Taxta tutqaclı parça ucluqlu süpürgələrdən isə Kəbənin döşəməsinin yuyulmasında istifadə edilir.

Kəbənin yuyulması mərasimi hər il ziyarətdən sonra ən mühüm hadisələrdəndir.

Əvvəl bu tədbir ildə iki dəfə keçirilərdi, lakin hazırda 1 dəfə keçirilir.

Ad:
E-poçt:
* Comment:
* captcha: