IQNA

7:50 - September 30, 2020
Xəbər sayı: 3488232
BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağda vəziyyətlə bağlı qapalı formatda müzakirələr keçirib və Təhlükəsizlik Şurası Ermənistanı və Azərbaycanı hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb.

IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) "report"a istinadla xəbər verir ki, BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağda vəziyyətlə bağlı qapalı formatda müzakirələr keçirib və BMT Təhlükəsizlik Şurası Ermənistanı və Azərbaycanı hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb.

Sentyabr ayında Təhlükəsizlik Şurasının sədri, Nigerin BMT-dəki daimi nümayəndəsi Abdou Abarri keçirilən qapalı məsləhətləşmələrin nəticələri barədə jurnalistlərə açıqlamasında deyib ki, BMT Təhlükəsizlik Şurasının üzvləri Baş katibin münaqişə tərəflərinə hərbi əməliyyatların dərhal dayandırılması, gərginliyin azaldılması və təxirə salınmadan danışıqlara qayıtması üçün müraciətini dəstəkləyir.

Qeyd olunub ki, BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ münaqişəsi zonasında genişmiqyaslı hərbi əməliyyatların başlanması barədə xəbərlərdən narahatdır və üzvlər güc tətbiq edilməsini kəskin şəkildə qınayaraq, mülki şəxslər də daxil olmaqla, insan tələfatından təəssüfləndiklərini bəyan ediblər.

Qeyd edək ki, görüş təşəbbüsü ilə bir sıra Avropa ölkələri çıxış edib. Məsləhətləşmələrdə Təhlükəsizlik Şurası ölkələrindən 15 diplomat iştirak edib. 

Teqlər: BMT ، ، Qarabağ
Ad:
E-poçt:
* Comment:
* captcha: