IQNA

Ayətullah Nuri Həmədani: Qarabağ İslam dünyasının bir parçasıdır və gərək işğaldan azad edilsin

14:50 - October 11, 2020
Xəbər sayı: 3488340
Tehran (IQNA)  - Şiələrin böyük təqlid mərcəsi Ayətullah Üzma Hüseyn Nuri Həmədani Dağlıq Qarabağ regionunda baş verən müharibə ilə bağlı dindarların ona ünvanladığı sualı cavablandırıb.

Ayətullah Nuri Həmədani: Qarabağ İslam dünyasının bir parçasıdır və gərək işğaldan azad edilsinŞiələrin böyük təqlid mərcəsi Ayətullah Üzma Hüseyn Nuri Həmədani Dağlıq Qarabağ regionunda baş verən müharibə ilə bağlı dindarların ona ünvanladığı sualı cavablandırıb.

Böyük təqlid mərcəsi həzrət Ayətullah əl-üzma Nuri Həmədani (Allah ömrünü uzun etsin) Azərbaycan dindarlarından bir qrupunun Qarabağla bağlı verdiyi sualın cavabında deyib:

Bismillahir-Rəhmanir-Rəhim
Salam ələykum
Azərbaycanla bağlı məlumatıma əsasən və bu ölkəyə səfərim zamanı onun əhalisinin bir hissəsi ilə də görüşüm oldu – həmin səfərdə vurğuladım ki, Qarabağ İslam dünyasının bir hissəsidir və İslam ölkəsinə qayıtmalıdır, Qarabağ, Azərbaycan şiələrinin inqilabçı əhval-ruhiyyəsi ilə azad olunmalıdır.
Düşmənlər də İran və Azərbaycan xalqları arasında təfriqə salmaq fikrinə düşməsinlər. Biz bu ölkənin şiələrinin yanındayıq və onların istəklərinin həyata keçməsinin vacibliyinə inanırıq.
10 oktyabr, 2020

captcha