IQNA

23:25 - October 11, 2020
Xəbər sayı: 3488341
Tehran (IQNA)  - İraqın Quran qarisi, ruhani və xətibi Seyyid Casim ət-Tüveyrəcavi uzun müddət sürən xəstəlikdən sonra bu gün (11 Oktyabr 2020) 73 yaşında ikən Küveyt Əmiri xəstəxanasında vəfat edib.

İraqın Quran qarisi, ruhani və xətibi Seyyid Casim ət-Tüveyrəcavi uzun müddət sürən xəstəlikdən sonra bu gün (Bazar, 11 Oktyabr 2020) 73 yaşında ikən Küveyt Əmiri xəstəxanasında vəfat edib.

İraqın dini şəxsiyyətləri, Quran fəalları və sosial şəbəkə istifadəçiləri onun vəfatı münasibəti ilə ailəsi və sevənlərinə başsağlığı ünvanlayıblar.

Höccətul-İslam vəl-müslimin Seyyid Casim ət-Tüveyrəcavi 1947-ci ildə Nəcəf şəhərində anadan olub. Beş oğlu, 7 qızı var. İraq Elmi Dini Hövzəsini başa vurduqdan sonra Suriya, Bəhreyn, Livan və Küveyt kimi bir sıra ölkələrdə Quran qiraət edib və dini təbliğlə məşğul olub.

O həm də İmam Hüseyn (ə) məclislərinin məşhur xətiblərindən olub və uzun illər Əhli-Beytin (ə) fəzail və müsibətlərindən minbərdə çıxış edib. /3928583

Teqlər: Qari ، xətib ، ruhani ، minbər
Ad:
E-poçt:
* Comment:
* captcha: