IQNA

İslam Dünyası Birliyinin baş katibi Makronun anti-İslam çıxışına cavab verib

23:30 - October 13, 2020
Xəbər sayı: 3488359
Tehran (IQNA)  - İslam Dünyası Birliyinin baş katibi Fransa prezidenti Makronun anti-İslam fikirlərinə münasibət bildirərək deyib: İslam qüdrətli dindir və heç kimin tövsiyəsinə ehtiyacı yoxdur.

İslam Dünyası Birliyinin baş katibi Fransanın prezidenti Emmaniol Makronun anti-İslam fikirlərinə münasibət bildirərək deyib: İslam qüdrətli dindir və heç kimin tövsiyəsinə ehtiyacı yoxdur.

İslam Dünyası Birliyinin baş katibi Məhəmməd əl-İsa televiziya ilə yayımlanan bu çıxışında vurğulayıb: İslam dini İlahi risalət dinidir. Müxtəlif insanların bu dində barədə sarsaq fikir yürütmələri ilə titrəyən deyil.

O əlavə edib: Qurani-Kərimin göstərişlərinə əsasən insan digərlərin onun barəsində mənfi mövqe sərgiləyəcəyinə bais olan sözlərdən çəkinməlidir. Bəzi müsəlmanlar var ki, İslam adına yalan danışırlar. Bu dinin simasını radikalizmlə təxrib edirlər. Buna görə birbaşa və ya dolayısı ilə onları müdafiə etmək olmaz.

Məhəmməd əl-İsa deyib: Hər hansı bir fərd və ya qrup radikalizmlə mübarizə apardığını deyirsə, ona deməliyik ki, radikalizm hər şeydən çox müsəlman ölkələrinə mənfi təsir göstərir, buna görə də radikalizmlə müsəlmanlar özləri mübarizə aparmalıdırlar.

Qeyd edək ki, Fransa prezidenti Emmaniol Makron "İslamı küncə sıxışdırmaq və müsəlmanları cəmiyyətdən təcrid etmək" qanunu layihəsi hazırladığı üçün müsəlmanların haqlı narahatçılığına səbəb olub. Makron deyib ki, Fransada 6 milyon civarında müsəlman yaşayır və onlar cəmiyyət üçün böyük təhlükədirlər.  3928732

 

captcha