IQNA

Ərdəbilin din alimləri və ruhaniləri Bərdədə sivil insanların öldürülməsini pisləyib

23:36 - October 31, 2020
Xəbər sayı: 3488513
Ərdəbilin dini alimləri və ruhaniləri bəyanat yayaraq Bərdə şəhərində mülki əhalinin öldürülməsini və raket atəşinə tutulmasını kəskin pisləyib və bu cinayətlərin dərhal dayandırılmasına çağırış edib.
Ərdəbil vilayətinin dini alimləri, ruhaniləri və dini qrupları bəyanat yayaraq, Azərbaycanın Bərdə şəhərində dinc müsəlman sakinlərin öldürülməsini və raket atəşinə tutulmasını kəskin pisləyib və bu cinayətlərin dərhal dayandırılmasına çağırış edib.
 
Maide.Az  saytı Ərdəbil İslam Təbliğatı Baş İdarəsinə istinadla xəbər verir ki, bəyanatda deyilir: 
 
"Bağışlayan və Mehriban Allahın adı ilə
 
Qurani- Kərim: 
 
«وَ لَئِنْ قُتِلْتُمْ فِی سَبِیلِ اللَّهِ أَوْ مُتُّمْ لَمَغْفِرَةٌ مِنَ اللَّهِ وَ رَحْمَةٌ خَیرٌ مِمَّا یجْمَعُونَ»
 
“Əgər Allah yolunda öldürülsəniz və ya ölsəniz (ziyan etməmisiniz, çünki) Allahın bağışlaması və rəhməti (ömür boyu) topladıqlarınızdan daha yaxşıdır. ” (“Ali-İmran” surəsinin 157).
 
Təəssüf ki, bir daha işğalçıların cinayətkar əli bu dəfə Ermənistan tərəfindən qəsbkar sionist rejimi və böyük şeytan Amerikanın qoynundan çıxaraq müdafiəsiz və məzlum insanları öz kini və nifrətləri ilə hədəf alıb.
 
Biz, Ərdəbil vilayətinin din alimləri və xadimləri, dini qrupları və Quran icması öz insani, dini və inqilabi borcumuz olaraq və Ali Rəhbərin vilayət üzrə nümayəndəsi Ayətullah Amolinin müraciətinə qoşularaq Ermənistan ordusu tərəfindən Bərdə şəhəri və müsəlman Azərbaycan ölkəsinin digər bölgələrinin raket hücumuna məruz qalmasını və nəticədə onlarla mülki şəxslərin şəhid olmasını və yaralanmasını qətiyyətlə pisləyir, şəhid olanların ailələrinə başsağlığı verir və yaralananların tezliklə sağalmasını diləyirik.
 
Bir daha qeyd edirik ki, şəhərlərə, mülki yaşayış yerlərinə və günahsız insanlara hücum beynəlxalq səviyyədə tanınmış bütün hüquqi norma və prinsiplərə ziddir və müharibə cinayəti sayılır.
Birləşmiş Millətlər Təşkilatı bu vəhşiliyə ciddi yanaşmalı, bu qırğın və cinayət ən qısa vaxtda dayandırılmalıdır.
 
Ümid edirik ki, tezliklə Allahın yardımı və gücü , eləcə də İmam Hüseyn (ə) məktəbindən bəhrələnmiş Azərbaycanın inanclı və müsəlman gənclərinin əli ilə bu şəhidlərin intiqamı alınacaq və İslam ümmətinin  kədər və qəmlərinə təskinlik olacaq. İnşaəllah." 
captcha