İran İslam Respublikasının "Beynəxalq Sülhün Səsi Birliyi"nin təşəbbüsü ilə cari həftənin Şənbə günü, 14 Noyabr 2020-ci il, "İslam, Sülh və Beynəlxalq Əlaqələr" vebinarı keçiriləcək.
Yerli vaxtla saat 16:00-dan 18:00-dək keçirilən vebinarda İslam dünyası məsələlərində beynəlxalq mütəxəssis və araşdırmaçılar iştirak edəcəklər.
Bu vebinar instagram sosial şəbəkəsi üzərindən @cfpp.ir səhifəsində canlı yayımlanacaqdır.
Beynəlxalq İslami Əlaqələr üzrə araşdırmaçılar "Beynəlxalq İslami Əlaqələrdə Sülh", "İslamda ədalətli sülh anlayışı", "İslam Peyğəmbəri (s) baxışında sülh məfhumu" və "Peyğəmbər (s) dönəmində cəmiyyətşünaslıq baxımından sülh anlayışı" kimi mövzuları müzakirə edəcəklər.
İran İslam Respublikasının "Beynəxalq Sülhün Səsi Birliyi" (ندای صلح) dünyada həqiqi sülh dəyərlərinin genişlənməsi və yayılması hədəfi ilə fəaliyyət göstərən bir təşkilatdır və "İslami Sülh Araşdırması" sahəsində elmi fəaliyyətlə məşğuldur. /3933853