IQNA

Fransız müsəlmanlar bazar günləri kilsəni qoruyurlar

23:16 - November 09, 2020
Xəbər sayı: 3488582
Fransız əsilli müsəlman Elyazid Benferxat, Nitsadakı kilsəyə hücumun olduğunu eşidəndə narahat olub. O, xəbərləri izlədikdən sonra, hərəkətə keçməyi qərara alıb.

Fransız əsilli müsəlman Elyazid Benferxat, Nitsadakı kilsəyə hücumun olduğunu eşidəndə narahat olub. O, xəbərləri izlədikdən sonra, hərəkətə keçməyi qərara alıb.

Fransız neft şirkətinin əməkdaşı Benferxat, müsəlman dostlarına zəng edərək, kilsəni mühafizə etmək üçün bazar günü yerli katolik kilsəsində görüşməyə qərar verib.

"Deyerler.org"un islamnews.ru-ya istinadən verdiyi xəbərə görə, Lodev şəhərindəki məbədə gələn inanclı insanlar, kilsənin ətrafında şərq görünüşlü gənclərin canlı zəncir yaratdığını görəndə riqqətə gəliblər. Məbədin keşişi bu çətin dövrdə belə davranışın ona ümid verdiyini etiraf etdi.

Kilsənin rəhbəri Lui İniqez, məbədə gələnlərlə müsəlman fəalların birgə çəkdirdiyi şəkili xatirə kimi məbədin içərisindən asıb. Benferxat müsəlman dostları ilə kilsəni mühafizə etməyi davam etməyə qərara alıb.

Teqlər: fransa ، kilsə ، məscid ، islamofobiya
captcha