IQNA

Ukraynada milli Quran yarışları keçiriləcək

23:40 - November 11, 2020
Xəbər sayı: 3488600
Tehran (IQNA)  - Ukraynada yaşayan yerli vətəndaşlar və mühacir müsəlmanların ölkə üzrə illik Qurani-Kərimin hifzi yarışları cari həftənin son günlərində Kievdə keçiriləcək.

Tehran (IQNA)  - Ukraynada yaşayan yerli və mühacir müsəlmanların ölkə üzrə illik Qurani-Kərimin hifzi yarışları cari həftənin son günlərində Kievdə keçiriləcək.

Ukrayna Qurani-Kərimin hifzi yarışları hər il bu ölkənin Quran Təlimi Mərkəzinin təşəbbüsü və Dini İşlər İdarəsinin həmkarlığı ilə milli səviyyədə təşkil edilir.

Yarışların Ukraynanın paytaxtı Kiev şəhərində cari həftənin Şənbə və Bazar günüləri (14 və 15 Noyabr 2020) İslam Mərkəzində keçiriləcək.

Yarışda müxtəlif yaş qruplarına aid onlarla Quran hafizi iştirak edəcək.

İştirakçılar Qurani-Kərimin 2, 5, 10, 15 cüzü və bütün Quranın hifzi üzrə yarışacaqlar.

Bu yarışlarda iştirak etmək üçün Ukrayna vətəndaşı və ya qədim Sovet İttifaqı ölkələrindən birinin vətəndaşı olmaq şərtdir. /3934520

Teqlər: quran ، hifz ، yarış ، müsabiqə
captcha