IQNA

Fransada partiya lideri İslam əleyhdarlığına reaksiya göstərdi

20:57 - November 13, 2020
Xəbər sayı: 3488613
"Bu ölkədə sekulyarlıq (dünyəvilik) adı altında müsəlmanlara qarşı nifrət var. Sekulyarlıq dinə nifrət etmək demək deyil", - deyən Melenşon müsəlmanlara nifrət etməyin əleyhinə olduğunu söyləyib.

Fransa (LFI) Hərəkatının lideri Jan-Lyuk Melenşon son zamanlar ölkədə artan İslam əleyhdarlığıyla əlaqədar açıqlamalar verib. 

Müsəlmanlara hörmət edilməli olduğunu vurğulayan Melenşon müsəlmanlara şübhə ilə baxmağın dayandırılmasını istəyib.   

Melenşon bəzilərinin xoşuna gəlməsə də, bunları deməyə davam edəcəyini qeyd edib.   

"Bu ölkədə sekulyarlıq (dünyəvilik) adı altında müsəlmanlara qarşı nifrət var. Sekulyarlıq dinə nifrət etmək demək deyil", - deyən Melenşon müsəlmanlara nifrət etməyin əleyhinə olduğunu söyləyib.   

Xatırladaq ki, Fransada prezident Emmanuel Makron rəhbərliyinin və siyasətçilərin İslam əleyhinə açıqlamaları və tətbiqləri reaksiyalara səbəb olub./eeastnews/

Teqlər: LFİ ، Melenşon ، islamofobiya ، fransa
captcha