IQNA

Şiə və sünni alimlər Peyğmbər (s) barədə seminar keçirdilər

11:05 - November 15, 2020
Xəbər sayı: 3488625
Tehran (IQNA) – Hindistan və İranın şiə və sünni alimləri "Peyğəmbərin (s) həyat tərzi və müasir insan" mövzusunda elmi seminarda İslam Peyğəmbərinin (ə) şəxsiyyəti və həyat tərzi barədə danışıblar.  

Hindistan və İranın şiə və sünni alimləri "Peyğəmbərin (s) həyat tərzi və müasir insan" mövzusunda elmi seminarda İslam Peyğəmbərinin (ə) şəxsiyyəti və həyat tərzi barədə danışıblar.  

Hindistanda müsəlman alim və mütəfəkkirlərin iştirakı ilə keçirilən toplantı CD Tv və Vilayət Tv peyk kanalları üzərindən canlı yayımlanıb.

Elmi seminarda alimlər İslam Peyğəmbərinin (s) şəxsiyyəti, həyat tərzi, sirə və sünnəsinin əhəmiyyəti və müsəlmanların həyatında rolu və təsiri və İslami cəmiyyətin Peyğəmbərin (s) həyat modelinə uyğun yaşam tərzi ilə böhranlardan çıxa biləcəyi barədə çıxışlar ediblər.

Seminarda Hindistanın əhli-sünnə alim və mütəfəkkiri Professor Əxtər Vase, İranın Yeni Dehlidəki Mədəniyyət Mərkəzinin rəisi Məhəmməd Əli Rəbbani, Hindistanın şiə ruhanisi Höccətul-İslam vəl-müslimin Əsgəri və digərləri çıxış edərək İslam Peyğəmbərinin (s) gözəl əxlaqı, ictimai davranışları, başqa dinlərin nümayəndələri ilə tolerant rəftarı, dost və düşmənlə ictimai əlaqələri, müsəlmanların siyasi və iqtisadi problemlərinin həllində tədbirləri barədə danışıb və vurğulayıblar ki, günümüzün bir çox problemlərinin həllində İslam Peyğəmbərinin (s) həyat tərzi bizim üçün ən yaxşı nümunədir.  /3935171

captcha