IQNA

9:26 - November 16, 2020
Xəbər sayı: 3488632

Fələstin Pakistana İsrail barədə mövqeyinə görə təşəkkür etdi

Mahmud Abbas Pakistan baş naziri İmran Xana göndərdiyi teleqramda “Pakistan İslam Respublikasının Fələstin məsələsini açıq şəkildə dəstəkləyən mövqeyini” tərifləyib.  

Fələstin Pakistana İsrail barədə mövqeyinə görə təşəkkür etdi

Fələstin prezidenti Mahmud Abbas Pakistanın İsraili tanımamaq istiqamətindəki mövqeyini təqdir və təbrik edib.  

Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın verdiyi məlumata görə, Mahmud Abbas Pakistan baş naziri İmran Xana göndərdiyi teleqramda “Pakistan İslam Respublikasının Fələstin məsələsini açıq şəkildə dəstəkləyən mövqeyini” tərifləyib.  

Qeyd edək ki, 13 noyabrda Pakistan baş naziri İmran Xan yerli televiziyada  verdiyi açıqlamada ölkəsinin İsraili tanıması üçün bəzi ölkələr tərəfindən təzyiq altında olduğunu, lakin Fələstin məsələsi həll olunana qədər İslamabad rəhbərliyinin "sionist" dövləti tanımayacağını söyləyib. /3935486

captcha