IQNA

Həbsdə olan Bəhreynli ruhaninin səhhəti pisləşib

9:59 - November 17, 2020
Xəbər sayı: 3488641
Onun şəkərli diabet xəstəsi olduğunu və gün ərzində bir neçə dəfə insulin iynəsi qəbul etdiyini vurğulayan M.Muşeymənin oğlu qeyd edib ki, atam qan təzyiqi və digər xəstəliklərdən də əziyyət çəkir.
Həbsdə olan Bəhreynin "Haqq" Hərəkatının baş katibi  Hassan Muşeymənin səhhəti pisləşib. Bu barədə  H.Muşeymənin oğlu məlumat verib. 
O deyib ki, Bəhreyn Daxili İşlər Nazirliyinin iddiası yalandır atam həbsxanada müaəlicədən məhrum idi.  "Atamın vəziyyəti  pisləşdiyi üçün iki dəfə təcili tibbi yardım bölməsinə köçürülüb.  Vəziyyəti ağırdır. Onun müalicəsi üçün lazimi şərait yaradılmır."-deyə  H.Muşeymənin oğlu deyib. 
Onun şəkərli diabet xəstəsi olduğunu və gün ərzində bir neçə dəfə  insulin iynəsi qəbul etdiyini vurğulayan M.Muşeymənin oğlu qeyd edib ki, atam qan təzyiqi və digər xəstəliklərdən də əziyyət çəkir. /maide.az
captcha