IQNA

Ağdam Cümə Məscidi 27 ildən sonra Qədr surəsi ilə açıldı - Video

14:59 - November 20, 2020
Xəbər sayı: 3488666
Bu sözləri RT-nin müxbiri M. Qazdıyev işğaldan azad edilmiş Ağdamda hazırladığı reportajında deyir. O, təmas xəttini keçməyə icazə verilən ilk mətbuat nümayəndəsi kimi öz minnətdarlığını da bildirib.

Ağdam Cümə Məscidi 27 ildən sonra Qədr surəsi ilə açıldı - Videoİşğadlan yenicə azadlığa qovuşmuş Ağdam məscidində son 27 ilin ilk namazı qılıb. Məscidin açılış mərasimində Qədr surəsi tilavət edilib. 

Bu sözləri RT-nin müxbiri Murad Qazdıyev işğaldan azad edilmiş Ağdamda hazırladığı reportajında deyir. O, təmas xəttini keçməyə icazə verilən ilk mətbuat nümayəndələri kimi öz minnətdarlığını da bildirib.

Kadrlarda azərbaycanlı hərbçilərin namaz qılmaq üçün yerə xalı sərdikləri görünür. Növbəti kadrda ruhaninin Quranın “Qədr” surəsini oxuduğu əks olunub. Qədr surəsində bu günün (Qədr gecəsinin) min aydan daha xeyirli olduğu bildirilir.

Qeyd edək ki, Azərbaycanın bir qrup din xadimi noyabrın 20-də Ağdamın mərkəzində yerləşən Cümə məscidinə gediblər və burada Namaz qılıblar.

kod
captcha