IQNA

İordaniyada Cümə namazı qılınmasına icazə verildi

23:46 - November 20, 2020
Xəbər sayı: 3488672
Tehran (IQNA)  - İordaniyada koronavirus pandemiyasının qarşısının alınması hədəfi ilə Cümə namazı qılınmasına qoyulmuş qadağa cari həftədən etibarən ləğv edilib.

İordaniyada koronavirus pandemiyasının qarşısının alınması hədəfi ilə Cümə namazı qılınmasına qoyulmuş qadağa cari həftədən etibarən ləğv edilib.

Bu barədə İordaniyanın Müqəddəs İslami İşlər və İslami Fondlar Naziri Məhəmməd əl-Xəlayilə bu gün (20 Noyabr 2020) yaydığı bəyanatda məlumat verib.

O, İordaniyada Cümə namazı qılınması qadağasının bu gün yerli vaxtla saat 11:15-dən ləğv edildiyini bildirib və elan edib ki, hər həftənin Cümə günləri insanlar Cümə namazlarını məscidlərdə saat 11:15-dən 12:15-dək qıla bilərlər.

O vurğulayıb: Namaz qılanlar məscidə doğru piyada hərəkət etməlidirlər. Sanitariya qaydlarına və virusdan qorunmaq üçün protokollara əməl etməlidirlər. Fiziki fasiləni qorumalı və maskadan istifadə etməlidirlər.

Qeyd edək ki, bundan öncə İordaniyanın baş naziri Bəşər əl-Xəsvanə 2020-ci ilin sonunadək Cümə namazlarının tətil edilməsi barədə göstəriş vermişdi. Amma İordaniyanın İslami İşlər və Vəqflər nazirliyi bu barədə ona verilən ixtiyar və səlahiyyətə əsaslanaraq Noyabr ayında Cümə namazının qılınmasına icazə verib.  /3936184

captcha