IQNA

Xudavəng monastır kompleksinin Azərbaycana məxsusluğu barədə məqalə dərc edildi - Foto

10:43 - November 23, 2020
Xəbər sayı: 3488689
Türkmənçay (1828) və Ədirnə (1829) anlaşmaları ilə Qacar və Osmanlı imperiyalarından Qarabağa köçürülən ermənilər monastırın inkişafı üçün heç bir iş görmədilər. Əksinə, monastır tənəzzül etdi.

“Ali Baş Komandan, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəhbərliyi altında misilisiz qələbələrə imza atmış şanlı Azərbaycan ordusunun qarşıdakı günlərdə Kəlbəcər şəhərinə daxil olması ərəfəsində mənfur düşmən təbliğatı məkrli işindən əl çəkməyərək, Kəlbəcər rayonu ərazisindəki tarixi abidələrin guya onlara məxsus olması barədə yalanlar yaymaqda davam edir”.

Bu barədə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumatda qeyd olunub.

Düşmənin saxta iddialarına cavab olaraq, Azərbaycan xalqının tarixi həqiqətlərini milyonlarla oxucu kütləsi olan rusdilli informasiya məkanında açıqlayan stem-lab.az saytında AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Ülviyyə Hacıyevanın “Mədəni soyqırım: Dadivəng /Xudavəng — Kəlbəcərin alban monastırının erməniləşdirilməsinə cəhdlər” adlı məqaləsi dərc edilib.

Xudavəng monastır kompleksinin Azərbaycana məxsusluğu barədə məqalə dərc edildi – FOTO

Albaniyanın siyasi və maddi mədəniyyətinin tarixi üzrə mütəxəssis, qeyd edilən mövzular üzrə elmi məqalələri beynəlxalq elmi jurnallarda dərc edilən Ülviyyə Hacıyeva göstərir ki, mövcud mənbələrə görə, Xudavəng monastırı İsa Məsihin həvarisi (apostolu) Faddeyin şagirdi Dadi tərəfindən yaradılır.

Bu isə monastırın Cənubi Qafqaz ərazisində ilk xristian məbədlərdən biri olduğunu sübut edir. Ərazi Qafqaz Albaniyasının müasir Qarabağın aran və dağlıq (e.ə. I əsr antik mənbələrdə “Orxistena”, gürcü və erməni mənbələrində “Artsax”, “Xaçın” adlandırılan) vilayətinin “Rostok” adlı bölgəsinə aid idi.

Xudavəng monastırı — Vikipediya

Bu bölgə müasir Kəlbəcər rayonunu əhatə edirdi. Alban dövlətçiliyi kiçik alban knyazlıqlara dağıldıqdan sonra monastır yaranmış müstəqil Xaçın knyazlığı sülaləsinin idarə etdiyi ərazilərə tabe olur.

Knyazlığın hakim alban sülaləsinin etnik mənsubiyyəti mübahisəlidir: bəzi mənbələrə görə, onlar Mehrani nəslindən idi, digər fikirlərə görə, onlar maskut (massaget) Ərşak nəslindən olublar. Hər iki halda Xaçın knyazlığı sülaləsinin və knyazlıq əhalisinin erməni-haylara heç bir aidiyyəti yox idi. Xaçın knyazlığı sülaləsi və knyazlıq əhalisi Azərbaycan xalqının etnogenezində iştirak etmiş albanlara mənsub idilər.

Xudavəng monastır kompleksi - KƏLBƏCƏR » Qlobal.Az

Dini-hüquqi baxımdan Dadivəng/Xudavəng monastırı Rostok vilayəti yepiskopatlığına aid olaraq müstəqil Alban (Ağvan) katolikosatlığına tabe idi. XII əsrdə monastır kompleksi Alban Xaçın knyazı Hasan və knyaz xanımı Mama-xatun tərəfindən təmir etdirlir və genişlənir.

Dünyəvi həyatdan uzaqlaşaraq dini rütbələr almış Xaçın knyazı Hasan və Mama-xatun monastır kompleksində yaşayırlar. Onların övladları sonralar da monastıra torpaqlar bəxş edir və məbədin inkişafında rol oynayırlar.

Qoşavəng monastırı — Vikipediya

Monastır ərazisində alban knyaz nəslinin nümayəndələrinin dəfn olunması və monastıra göstərdikləri yardımlar barədə daş üzərində epiqrafik yazılar barədə məlumat 1895-ci ildə dərc edilib, erməni tarixçisi Makar Barxudaryansın “Artsax” əsərində var. Əsərində M.Batxudaryans qeyd edir ki, Alban kilsəsinin ləğv olunduğu 1828-ci ilədək monastır kompleksi fəaliyyət göstərirdi.

Məqalədə qeyd edilir ki, Türkmənçay (1828) və Ədirnə (1829) anlaşmaları ilə Qacar və Osmanlı imperiyalarından Qarabağa köçürülən ermənilər monastırın inkişafı üçün heç bir iş görmədilər. Əksinə, monastır tənəzzül etdi.

Mütəxəssis Ü.Hacıyeva göstərir ki, Xudavəng monastır kompleksi Azərbaycan xalqının əcdadlarının yaratdığı möhtəşəm maddi-mədəniyyət nümunəsidir.

captcha