IQNA

23:48 - November 24, 2020
Xəbər sayı: 3488708
Tehran (IQNA)  - İranlı araşdırmaçı yazar Əbdülhüseyn Zərrinkubun qələmə aldığı "İranın sufilik məktəbində axtarış" adlı kitabı Rus dilinə tərcümə olunub.

İranlı araşdırmaçı yazar, İslamşünas, İranşünas və tarixçi Əbdülhüseyn Zərrinkubun qələmə aldığı "İranın sufilik məktəbində axtarış" adlı kitabı Rus dilinə tərcümə olunub.

Kitab İran İslam Respublikasının Qırğızıstandakı Mədəniyyət Əlaqələri Şöbəsinin təşəbbüsü ilə 500 nüsxədə çap və nəşr edilib.

Nəsim Mirzayevin Rus dilinə tərcümə etdiyi bu əsər Qırğızıstanın Mövlana Cəlaluddin Rumi adına beynəlxalq elm və təhsil mərkəzinin rəisi, tarixçi yazar Dr. Bekcan Əhmədov və Qırğızıstanın İranşünaslıq institutunun rəisi Məlahət Mamadova redaktə ediblər.

Tərcümə edilmiş kitaba müəllif, mütərcim və İranın Qırğızıstandakı Mədəniyyət Əlaqələri Mərkəzinin rəisi Pərviz Qasimi ön söz yazıblar.

Qeyd edək ki, bu kitab İranda ilk dəfə 1978-ci ildə Tehranın Əmir Kəbir nəşriyyatı tərəfindən çap və nəşr edilmişdi. /3937082

Ad:
E-poçt:
* Comment:
* captcha: