IQNA

16:11 - November 25, 2020
Xəbər sayı: 3488714
Böyük Britaniyadan olan arxeoloq, Redinq Universitetinin arxeologiya və tarix elmləri üzrə professoru Ken Dark Nazaret şəhərində İsa peyğəmbərin yaşadığı evi aşkar etdiyini açıqlayıb.

Böyük Britaniyadan olan arxeoloq, Redinq Universitetinin arxeologiya və tarix elmləri üzrə professoru Ken Dark Nazaret şəhərində İsa peyğəmbərin (ə) yaşadığı evi aşkar etdiyini açıqlayıb.

Xəbəri “The Sun” nəşri yayıb.

Arxeoloq Nazaretdə təxminən 14 ildir qazıntı işləri aparıb. O iddia edir ki, Nazaret monastırının altındakı xarabalıq məhz İsa peyğəmbərin yaşadığı evdir.

K. Dark bildirib ki, ev əhəngdaşı ilə oyulmuş mağaranın bir hissəsindən ibarətdir. Onun bir çox elementi bu günə qədər gəlib çatıb.

“Geniş araşdırmalardan sonra məlum oldu ki, bu evi tikən şəxs daş emalını çox yaxşı mənimsəyib”, - deyə arxeoloq qeyd edib.

Alim əlavə edib ki, I və V əsrlərdə İsa peyğəmbərin evinin yaxınlığında iki kilsə tikilib, bu isə sözügedən məkanın müqəddəs sayılması ilə əlaqədardır. https://iqna.ir/fa/news/3937668

Ad:
E-poçt:
* Comment:
* captcha: