IQNA

9:02 - November 28, 2020
Xəbər sayı: 3488731
Tehran (IQNA) – İranın Müdafiə Nazirliyinin Elmi-Tədqiqat və İnnovasiya Təşkilatının rəhbəri Şəhid Möhsün Fəxrizadənin terror edilməsi xəbəri müxtəlif xarici təşkilatların reaksiyasına səbəb olub.

Şəhid Möhsün Fəxrizadənin terror edilməsi xəbəri yayılan andan müxtəlif xarici ölkələrin rəsmi məqamları, siyasi və ictimai təşkilatları və siyasi müşahidəçiləri hadisəyə münasibətlərini bildirib və terrorda sionist İsrail rejiminin əli olduğunu istisna etməyiblər.

Xəbər agentliklərinin verdiyi məlumata əsasən, bu günə qədər işğalçı və terrorçu sionist rejimi İsrailin baş naziri Binyamin Netanyahu və rəhbərlik etdiyi rəsmi qrum Şəhid Fəxrizadənin terror edilməsi ilə bağlı hər hansısa bir açıqlama verməkdən çəkinib.

 

Binyamin Netanyahuya yaxınlığı ilə tanınan Menashe Amir BBC-yə danışaraq deyib: Fəxrizadənin terror edilməsi İsrailin işidir. Amma İsrailin rəsmi məqamlarının bu xəbəri təyid edəcəyini gözləməyin.

واکنش‌های جهانی به شهادت محسن فخری‌زاده

Amerikanın baş nazirinin sabiq müavini Mark FitezPatrik deyib: Fəxrizadə İranın hərbi gücünün qarşısının alınması hədəfi ilə deyil, diplomatik əlaqələrinin qarşısının alınması üçün terror edildi.

واکنش‌های جهانی به شهادت محسن فخری زاده

Avropanın Xarici Əlaqələr Şurası Akademiyasının rəisi və İsveçin sabiq baş naziri Karl Bildt bu barədə deyib: Bu hədəfli terror Bayden komandasının İranla diplomatik əlaqələrinin qarşısının alınması və "Birgə Hərtərəfli Fəaliyyət Planı"nın (Barjam / JCPOA) davam etməsini əngəlləmək məqsədi ilə törədilməsi heç də qəribə deyil.

 

CİA-nın sabiq rəisinin İranın nüvə aliminin terror edilməsinə rekasiyası

Amerkanın Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) sabiq rəisi John O. Brennan deyib: Bu, cinayətkarcasına və çox düşünülməmiş bir addım idi. Bu addım regionda yeni bir müharibə dövrünün başlanması və öldürücü intiqam alınması təhlükəsi yaradır. Mən hansısa xarici bir dövlətin bu işi sifariş verdiyini və ya etdiyini bilmirəm. Hansısa dövlətin dəstəklədiyi belə bir terror əməli beynəlxalq qanunların aşkar şəkildə kobudcasına pozulmasıdır. Və daha çox dövlətləri xarici rəsmilərin terror edilməsinə təşviq edir.

واکنش‌های جهانی به شهادت محسن فخری‌زاده

O əlavə edib: Bu terror əl-Qadiə və İŞİD kimi terrorist qrupların və onların ünsürlərinin əleyhinə aparılan terror əməliyyatlarından fərqli bir şeydir. O təşkilatlar müstəqil bir ölkə deyil. Onlar qanunsuz silahlı fəaliyyətlərinə görə hədəfə alına bilirlər ki, çox sayda ölümə səbəb olan terrorların qarşısı alınsın.

 

The New York Times yazdıb: Fəxrizadənin öldürülməsi Amerikanın yeni seçilmiş prezidenti Co Baydenin işini "Birgə Hərtərəfli Fəaliyyət Planı"nın (Barjam / JCPOA) yenidən gündəmə gətirilməsində çətinləşdirəcək.

واکنش‌های جهانی به شهادت محسن فخری زاده

Qəzet əlavə edib: Üç nəfər kəşfiyyat məmurunun verdiyi məlumata əsasən, İranlı nüvə aliminin terror planının arxasında işğalçı sionist rejimi dayanır. Amerikanın öncədən bu əməliyyatdan nə qədər məlumatlı olması dəqiq məlum deyil. Amma unutmuruq ki, İsrail və Amerika çox yaxın müttəfiqdirlər. Və İran barədə məlumatları bir-biriləri ilə bölüşməkdə çox uzun keçmişə malikdirlər.

 

Daily Mail qəzeti terror hadisəsini fotoları ilə paylaşaraq yazıb: Bu qorxulu və şok olayın baş verməsində İsrail təqsirlidir. Çünki təqribən 10 il öncə də İranın bir neçə nüvə alimini terror etmişdi.

Qəzet əlavə edib: Fəxrizadənin adı BMT Təhlükəsizlik Şurasının sanksiya siyahısında idi. Beynəlxalq Atom Enerjisi Agentliyi dəfələrlə Fəxrizadə ilə danışmaq istəsə də o, heç vaxt bu təşkilata müsahibə vermədi.

 

Bundan əlav Yəmənin ƏNSARULLAH İslami Müqavimət Hərəkatı, Fələstinin Azadlıq Uğurunda Xalq Cəbhəsi, Fələstinin "əl-Mücahidin" müqavimət təşkilatı, Fələstinin HƏMAS təşkilatı, Fələstinin İslami Cihad hərəkatı, Bəhreynin 14 Fevral hərəkatı, İraqın NÜCƏBA hərəkatı və Livanın HİZBULLAH təşkilatının baş katibinin müavini Şeyx Nüəyim Qasim  bəyaniyyə yayaraq İran xalqına, şəhid ailələrinə və İran İslam İnqilabının Rəhbərinə təsliyət deyiblər, bu terrorun intiqamının alınmasını İranın haqqı hesab ediblər və cinayətkarların cəzalandırılmasını tələb ediblər.

Onlar bildiriblər ki, Fəxrizadənin şəhid edilməsi İranın və İslam ümmətinin elmi inkişafının qarşısını almaq üçündür. Amma İran xalqının ruhiyyəsi və gücü zəifləməyəcək. Mübariz müqavimət cəbhəsini düşmənlə döyüşməkdən saxlamayacaq və düşmən nakam qalacaqdır. /3937680

Ad:
E-poçt:
* Comment:
* captcha: