IQNA

13:08 - November 30, 2020
Xəbər sayı: 3488747
BMT Nigeriyanın şimal-şərqindəki Borno əyalətində "Boko Haram" terror təşkilatı tərəfindən tarlaya təşkil edilən hücumda 110 əkinçinin həlak olduğunu və çox sayda insanın yaralandığını açıqlayıb.  

Birləşmiş Millətlər Təşkilatı Nigeriyanın şimal-şərqindəki Borno əyalətində "Boko Haram" terror təşkilatı tərəfindən tarlaya təşkil edilən hücumda 110 əkinçinin həlak olduğunu və çox sayda insanın yaralandığını açıqlayıb.  

Hücumda bir çox qadının qaçırıldığını bildirilərək, qaçırılanların tapılması üçün hökumətin fəaliyyətə keçməsi tələb olunub.  

Digər tərəfdən, milli mediada hücumda 44 nəfərin həyatını itirdiyi iddia edilmişdi.  

Qeyd edək ki, Nigeriyada 2000-ci illərin əvvəllərindən mövcud olan "Boko Haram" terror təşkilatı tərəfindən 2009-cu ildən bəri həyata keçirilən kütləvi zorakılıqlarda 20 mindən çox insanın həyatına son qoyulub. eastnews

Ad:
E-poçt:
* Comment:
* captcha: