IQNA

İslami Əməkdaşlıq Təşkilatına yeni baş katibi seçildi

19:27 - November 30, 2020
Xəbər sayı: 3488750
Tehran (IQNA) - İslami Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr Çad respublikasının nümayəndəsi Hüseyn İbrahim Tahanı bu təşkilata yeni baş katib olaraq seçiblər.  

İslami Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr Çad respublikasının nümayəndəsi Hüseyn İbrahim Tahanı bu təşkilata yeni baş katib olaraq seçiblər.  

Çad respublikasının İƏT-dəki nümayəndəsi Hüseyn İbrahim Taha keçən həftənin Şənbə günü (28 Noyabr 2020) Nigeriyanın Niyami şəhərində təşkilata üzv ölkələrin xarici işlər nazirləri səviyyəsində keçirilən 47-ci iclasda İslami Əməkdaşlıq Təşkilatına (OIC / İƏT) baş katib seçilib.

Bundan əvvəl İslami Əməkdaşlıq Təşkilatının baş katibi vəzifəsini Yusif Əhməd əl-Üsəymin icra edirdi.   

Çad respublikasının İƏT-dəki nümayəndəsi Hüseyn İbrahim Taha İƏT-ə baş katib seçilən 12-ci şəxsdir. O bu vəzifəni 2021-ci ilin Noyabr ayında icra etməyə başlayacaq.

Qeyd edək ki, İƏT (OIC) dünyanın 57 ölkəsindən üzvü olan BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilatdır. Bu təşkilat 1969-cu ildə təsis edilib və mərkəzi qərargahı Səudiyyə Ərəbistanın Ciddə şəhərindədir. /3938014

 

captcha