IQNA

9:51 - December 04, 2020
Xəbər sayı: 3488780
Fransa dini ekstremizmin artan təhlükəsi bəhanəsi ilə mübarizə çərçivəsində guya dini ideologiyanın “qızışdırılmasında” şübhəli bilinən onlarla məscidin fəaliyyətinin araşdırılmasına başlayacaq.

Fransa dini ekstremizmin artan təhlükəsi bəhanəsi ilə mübarizə çərçivəsində guya dini ideologiyanın “qızışdırılmasında” şübhəli bilinən onlarla məscidin fəaliyyətinin araşdırılmasına başlayacaq.

Bu barədə Daxili işlər naziri Cerald Darmanin bildirib.

Darmanin iddia edib ki, ölkədəki 2600-dən çox məscidin 10 Parisdə və 60-ı digər şəhərlərdə olmaqla 76-ı Fransanın respublika dəyərlərinə və onun təhlükəsizliyinə mümkün təhlükə kimi qeydə alınıb. Onun sözlərinə görə, əgər şübhələr təsdiqlənsə, məscidlər bağlanacaq.

Müstəntiqlər şübhəli hesab etdikləri məscidlərin maliyyələşdirilməsi və imamların həyatının araşdırılması ilə məşğul olacaqlar. 

Daxili işlər nazirinin göstərişinə əsasən müstəntiqlər bu məscidlərdən 18-i barədə təcili istintaq işinə başlayıblar. 

Qeyd edək ki, dekabrın 2-də Fransada naməlum şəxslər Parisin yaxınlığında yerləşən Breteni-syur-Orj (Eson departamenti) şəhərindəki məscidi təhqir ediblər. Cinayətkarlar səhər tezdən avtomobillə əraziyə gələrək məscidin qapısını sındırıblar. Onlar məscidin içinə, xüsusən ibdət zalına odsöndürən məhlulu töküblər.

AFP Daxili İşlər Nazirliyinin məlumatına istinadən xatırladıb ki, Fransada 2019-cu ildə müsəlmanlara və onların dini mərkəzlərinə qarşı yönəldilmiş aksiyalar 54 faiz artıb. /3938896

Ad:
E-poçt:
* Comment:
* captcha: