Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA) Modern.az-a istinadən xəbər verir ki, Avropa Komissiyasının binası qarşısında 150-yə yaxın insan toplaşıb və irqçilik əleyhinə şüarlar səsləndirib.
Aksiya iştirakçıları Belçika və Fransada polis özbaşınalığına, həmçinin yeni təhlükəsizlik haqqında qanuna etirazlarını bildiriblər. Etirazçılar Fransa Prezidenti Emmanuel Makronun istefasını tələb ediblər.