IQNA

20:59 - December 09, 2020
Xəbər sayı: 3488815
İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilinin müxtəlif bölgələrində 18 fələstinlini həbs edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Eastnews.org-un verdiyi xəbərə görə, Siyonist İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilinin müxtəlif bölgələrində 18 fələstinlini həbs edib.  

Fələstinli Məhkumlar Cəmiyyəti tərəfindən verilən yazılı açıqlamada İsrail rejimi qüvvələrinin gecə saatlarında İordan çayının qərb sahilinin bəzi bölgələrinə, xüsusən də Cənin şəhərinə basqın etdiyi ifadə edilib.  

Həbs olunanların əksəriyyəti Tulkərim şəhərindəndir. Xatırladaq ki, rejim qüvvələri Cənin şəhərindən 6 fələstinlini də yaralamışdı.

Ad:
E-poçt:
* Comment:
* captcha: