IQNA

21:24 - December 09, 2020
Xəbər sayı: 3488817
Qum Dini Elmlər Hövzəsinin Müəllimlər Cəmiyyətinin mərhum rəisi Ayətullah Mohəmməd Yəzdinin cənazəsi Həzrət Məsumə(s.ə)-nın pak hərəmində dəfn edilib.

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) SəhərAzəri-yə istinadla xəbər verir ki, son zamanlar mədə-bağırsaq sistemi xəstəliyinə görə xəstəxanaya yatırılmış Ayətullah Mohəmməd Yəzdi İslam dini və İslam İnqilabı yolunda bir ömür mübarizədən sonra bu gün səksən doqquz yaşında haqqın dəvətini qəbul etdi.

Ayətullah Mohəmməd Yəzdinin cənazəsi bu gün axşam onun şagirdləri və Qum şəhəri əhalisinin çiynində səhiyyə protokollarına riayət olunmaqla müşayiət edilərək, Həzrət Məsumə(s.ə)-nın pak hərəmində dəfn olunub.

Ayətullah Yəzdi İslam İnqilabının qələbəsindən sonra müxtəlif sahələrdə bir çox məsuliyyətlər daşıyıbdır ki, onlardan İslam Şurası Məclisinə üzvlüyü, Negəhban Şurasına üzvlüyü, məhkəmə hakimiyyətinə sədrliyi, Rəhbərlik Xobreqanı Məclisinə üzvlüyü və Qum Dini Elmlər Hövzəsinin Müəllimlər Cəmiyyətindəki katibliyinə işarə etmək olar.

Qum Dini Elmlər Hövzəsinin bu görkəmli müəlliminin fars və ərəb dillərində qırxdan çox adda kitab da daxil olmaqla bir çox kitab və məqalə çap olunubdur.

Ad:
E-poçt:
* Comment:
* captcha: