IQNA

Livanın xristian müəssisəsi İslami vebinar keçirəcək

22:30 - December 10, 2020
Xəbər sayı: 3488822
Tehran (IQNA) - Orta Şərqdə 2020-ci ildə dini dialoq mövzusunda keçirilən vebinara "Ərəb Baptist Xristian Dini Mədrəsəsi" (Arab Baptist Theological Seminary) evsahibliyi edib.   

Livanın Xristian Dini Təlim Mərkəzi bu gün (10 Dekabr 2020) İslam dini mövzusunda vebinar keçirib.

Orta Şərqdə 2020-ci ildə dini dialoq mövzusunda keçirilən vebinara "Ərəb Baptist Xristian Dini Mədrəsəsi" (Arab Baptist Theological Seminary) evsahibliyi edib.   

"The Religious Other" (Başqa din) adlanan vebinarda bu mərkəzin rəisi Martin Akkadın və Orta Şərq Məsələləri Araşdırmaçısı "Jonathon Andrews"ın müəllifləri olduqları kitab müzakirə mövzusu olub.

Bu kitabda xristian alimlərin İslam dini barədə görüşləri, kilsənin İslam dini və elmə münasibətindən bəhs edilib.

Akkadın fikrincə xristianların İslam dini barədə görüşləri beynəlxalq və milli diskussiyanın, media və siyasətin təsiri altındadır. 11 Sentyabr hadisəsindən sonra cəmiyyətdə İslam dini barədə mənfi obraz yaradılıb və İslam dini insanlara düşmən kimi tanıtdırılıb.

Akkad deyib: Məsihilərin İslam dini ilə yaxında əlaqə yarada bilmələri üçün araşdırmaçılar və xristian ilahiyyatçıları İslam dini barədə ən kamil məlumata sahib olmalıdırlar. Bizim mütəxəssislərin çoxu təhsil ocaqlarında İslami araşdırmalar sahəsində kifayət qədər ixtisasa yiyələnə bilməyiblər. /3940253/

captcha