IQNA

23:04 - December 12, 2020
Xəbər sayı: 3488837
Tehran (IQNA) -  Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu ötən gün (Şənbə gecəsi, 11 Dekabr 2020) İranın Xarici İşləri Naziri Məhəmməd Cavad Zəriflə telefon bağlantısı qurub.

Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu ötən gün (Şənbə gecəsi, 11 Dekabr 2020) İranın Xarici İşləri Naziri Məhəmməd Cavad Zəriflə telefon bağlantısı qurub.

Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu bu telefon bağlantısında Tehran və Ankaranın yaxın, səmimi və dost münasibət qurduğunu və Türkiyənin İranla gözəl qonşuluq siyasəti olduğunu vurğulayıb.

Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu bu telefon danışığında tam əminlik və xatircəmlik verib ki, Türkiyə cümhuriyyətinin prezidenti İran İslam Respublikasının milli hakimiyyəti və ərazi bütövlüyünə tam və kamil hörmətlə yanaşır, Azərbaycanın qələbə paradında oxuduğu şerin bu qədər həssasiyyətə səbəb ola biləcəyindən məlumatsız olub və şeri sırf Laçın və Qarabağla bağlı hesab edirmiş. Buna görə də bu şeri Bakıda oxuyub.

İran İslam Respublikasının Xarici İşlər Naziri də iki ölkənin dostluq əlaqələrinin əhəmiyyətini vurğulayıb, İran və Türkiyə rəsmiləri arasında səmimi əlaqələrin qarşılıqlı etimad və etibar ilə inkişaf və davam edəcəyinə ümidvar olduğunu deyib. /84144616

Teqlər: Türkiyə ، Türkiyə ، parad ، parad ، araz çayı ، Laçın
Ad:
E-poçt:
* Comment:
* captcha: