IQNA

İraqda əlyazma Quran nüsxələrin araşdırılması konfransı keçirildi - Foto

8:29 - December 19, 2020
Xəbər sayı: 3488878
Tehran (IQNA) - İraqda cari həftənin Cümə Axşamı günü (17 Dekabr 2020) Qurani-Kərimin əlyazma nüsxələrinin araşdırılması mövzusunda beynəlxalq konfrans keçirildi.

İraqda cari həftənin Cümə Axşamı günü (17 Dekabr 2020) Qurani-Kərimin əlyazma nüsxələrinin araşdırılması mövzusunda beynəlxalq konfrans keçirildi.

"Əlyazma Müshəflərdə Quranın Təhrifdən Uzaq Qalması" beynəlxalq konfransı İmam Əlinin (ə) Nəcəf şəhərindəki ziyarətgahının evsahibliyi ilə virtual keçirilib.

İki günlük konfransda beş ölkənin (Mərakeş, İraq, İordaniya, İran, Almaniya)  əlyazma nüsxələr və Quran elmləri üzrə mütəxəssisləri və araşdırmaçıları iştirak ediblər.

Bu barədə İmam Əlinin (ə) Nəcəf şəhərindəki ziyarətgahının Darul-Quran İdarəsinin rəisi Əhməd ən-Nəcəfi məlumat verib.

Konfransda "Əlyazma müshəflərin etibar baxımından katoloqlaşdırılması", "Quran mətninin nazil olması və sətirləri köçürülməsi" və "Layden universitetində mövcud olan əlyazma Quran nüsxələrinin mətninin qorunması" adlı məqalələr təqdim edilib. /3941666

 
captcha